çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasında 50-ci qolunu vurub

09.12.2021 15:02 Oxundu 472


Tomas Müller Çempionlar Liqasında 50-ci qolunu vurub. 
"CEMPİON.AZ"
xəbər verir ki, “Bavariya”nın futbolçusu qrup mərhələsinin VI turunun “Barselona” ilə görüşündə fərqlənib. 3:0 hesablı qələbəyə qolla töhfə verən Müller Çempionlar Liqasında 100-ü yarılayan ilk almaniyalı olub. O, turnirdə 50 və daha çox qol vuran 8-ci oyunçudur. Müller qollarından 8-ni “Barselona”ya vurub. Buna 7 matçda nail olan almaniyalı İspaniya nəhənginin qənimi olmasına da şərh verib: “Barsa”, deyəsən mənim müştərimdir”.