FİDE-nin Rapid və Blits üzrə dünya çempionatı əvvəlcədən planlaşdırıldığı kimi dekabrda Qazaxıstanda keçirilməyəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yerləşdirilib. Çempionatın keçirilməməsinə səbəb Qazaxıstan hökuməti tərəfindən bu yaxınlarda tətbiq edilən yeni COVID məhdudiyyətləridir. Ölkənin iştirakçılar üçün məcburi 7 günlük karantin tətbiq etməsi onların çempionatda iştirakını qeyri-mümkün edib. FİDE təcili olaraq alternativ ev sahibliyi edən şəhərləri araşdırır və həftənin sonuna doğru yeni məlumatlar verəcək.
Məsələyə Qazaxıstan tərəfi də münasibət bildirib. Belə ki, Qazaxıstan hökuməti və Qazaxıstan Şahmat Federasiyası bu ləğvin yaratdığı narahatçılığa görə təəssüfləndiyini və tədbiri gələn il keçirməyə hazır olduqlarını bildirib.