çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Sərgəndən sonra komandanın başına kim keçəcək?

09.12.2021 16:08 Oxundu 477

Ötən mövsüm Superliqa və Türkiyə Kubokunu qazanmasına baxmayaraq, bu mövsüm uğursuz nəticələrdən sonra Sergen Yalçından ayrılan "Beşiktaş"ın hazırda yeganə gündəmi yeni baş məşqçinin təyin olunmasıdır.
"CEMPİON.AZ"
xəbər verir ki, namizədlər arasında ilk ağıla gələn ad daha əvvəl "ağ-qaraları" 4 mövsüm məşq etdirən və komandaya 2 dəfə çempionluq qazandıran Şenol Günəşdir. Onu ilklərdən edən bir səbəb də komandanın rəhbəri Ahmet Nur Çebinin Şenol Günəşlə aralarındakı münasibətin yaxşı olmasıdır. Digər namizədlər arasında Andrea Pirlo, Quti və Edin Terziçdir. "Karagümrük"ün məşqçisi Françesko Farioli rəhbərliyin qoyduğu kriteriyalara uyğun gələn adlar siyasında görülür. Ağla gələn digər adlar isə daha əvvəl “Beşiktaş”ı çalışdırmış Çağdaş Atan və Slaven Biliçdir.
İdarə heyətinin üzvləri ilə məşqçi haqqında danışıldıqdan sonra Ahmet Nur Cebinin namizədlərlə danışıqlara başlayacağa bildirilib.