çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Beynəlxalq Olimpiya Komitəsindən Pekin-2022 Qış Olimpiya Oyunlarının boykotuna münasibət

09.12.2021 16:30 Oxundu 503


Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax bir neçə ölkənin Pekin-2022 Qış Olimpiya Oyunlarını diplomatik boykot etməsinə münasibət bildirib.
"CEMPİON.AZ"
 TASS-a istinadən xəbər verir ki, 68 yaşlı funksioner IOC-un siyasi neytrallığa riayət etdiyini söyləyib.
Baxın sözlərinə görə, olimpiadada ölkələrin rəsmi nümayəndələrinin iştirakı onların siyasi qərarıdır: "IOC həmişə idmançıların Olimpiya Oyunlarında iştirakı məsələsindən narahatdır. Ona görə də olimpiya komandalarının öz ölkələrindən aldıqları dəstəyi alqışlayırıq. Bu, idmançılara inam verir".
Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək. Böyük Britaniya, Kanada, ABŞ və Avstraliya kimi ölkələr olimpiada ilə bağlı diplomatik boykot elan edib.