çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Spartak" Emrelinin komandasını liqadan uzaqlaşdırdı

10.12.2021 09:00 Oxundu 461
 
Rusiyanın “Spartak” futbol klubu Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində Polşanın “Legiya”sına qalib gəlib. 
"CEMPİON.AZ" xəbər verir ki, Varşavada keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu yarımmüdafiəçi Zəlimxan Bakaev (17-ci dəqiqə) vurub. Nigeriyalı Viktor Mozesdən meydanın öz yarısından uzaqlaşdırıldıqdan sonra topa Polşa yığmasının müdafiəçisi Mayk Navrotski sahib çıxıb. O, topu qapıçı Artur Borutsa qaytarmağa çalışıb. Lakin ötürmə çox zəif olduğundan Rusiya millisinin oyunçusu onu ələ keçirib və cərimə meydançasına çətinliklə daxil olaraq topu uzaq küncə göndərib.