çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Türkiyə nəhəngi Avro Liqada

10.12.2021 09:30 Oxundu 641


Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.
"CEMPİON.AZ"
xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu yer aldığı E qrupunda son matçına çıxıb. Fatih Terimin yetirmələri Romada “Latsio”nun qonağı olub. Hər iki komanda ilk iki yeri təmin etdiyindən, son oyun qrup qalibini müəyyənləşdirib. Səfərdə rəqibi ilə qolsuz bərabərə (0:0) qalan “Qalatasaray” xallarının sayını 12-yə yüksəldib və qrupu ilk sırada başa vurub. “Latsio” isə aktivindəki 9 xalla ikinci yeri tutub. Bununla 1/16 finala adlayan “Qalatasaray” Avropa Liqasında yoluna davam edən yeganə Türkiyə klubu olub.
Qeyd edək ki, növbəti mərhələnin püşkatması dekabrın 13-də, oyunları isə gələn il fevralın 17-24-də keçiriləcək.