Konfrans Liqasında pley-off və 1/8 final mərhələsinin iştirakçıları müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, bu turnirdə və Avropa Liqasında qrup mərhələsinin son tur matçlarının ardından qitənin üçüncü dərəcəli klub turnirində kimlərin yoluna davam edəcəyinə aydınlıq gəlib.
Yalnız G qrupunda “Tottenhem” – “Renn” oyunu təxirə salındığından, ikinci yeri “Tottenhem”in, yoxsa “Vitess”in tutacağı bəlli deyil.
H qrupunda ikinci yeri tutan “Qarabağ” pley-offda iştirak hüququ əldə edib. Azərbaycan klubu Avropa Liqasından gələn komandalardan birinə rəqib olacaq.
PLEY-OFF
Qrup ikincisi kimi vəsiqə qazananlar: “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “Bodo-Qlimt” (Norveç), “Randers” (Danimarka), “Slaviya” (Çexiya), PAOK (Yunanıstan), “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə).
Avropa Liqasından gələnlər: “Sparta” (Çexiya), PSV (Niderland), “Lester” (İngiltərə), “Fənərbaxça” (Türkiyə), “Seltik” (Şotlandiya), “Marsel” (Fransa), “Midtülland” (Danimarka), “Rapid” (Avstriya).
1/8 FİNAL
LASK (Avstriya), “Gent” (Belçika), “Roma” (İtaliya), “Alkmaar” (Niderland), “Feyenoord” (Niderland), “Kopenhagen” (Danimarka), “Renn” (Fransa), “Bazel” (İsveçrə).
Qeyd edək ki, dekabrın 13-də pley-off mərhələsinin püşkü atılacaq. Oyunlar fevralın 17-də və 24-də keçiriləcək. 1/8 final mərhələsinin püşkatma mərasimi isə fevralın 25-də, oyunları da 10-17 mart tarixlərində baş tutacaq.