10.12.2021 13:58
463
Avropada ilin ən yaxşılarının siyahısı açıqlanıb.
"CEMPİON.AZ" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) müxtəlif nominasiyalarda qalibləri müəyyənləşdirib. Bir müddət üzrə dünyanın ən yaxşılarını açıqlayan qurum bu dəfə qitə üzrə səsvermənin 7 qalibinin adını elan edib.
Ən yaxşı futbolçu - Robert Levandovski (Polşa)
Ən yaxşı qapıçı – Canluici Donnarumma (İtaliya)
Ən yaxşı klub məşqçisi – Tomas Tuxel (Almaniya)
Ən yaxşı yığma məşqçisi – Roberto Mançini (İtaliya)
Ən yaxşı pleymeyker – Kevin de Breyne (Belçika)
Ən yaxşı hakim – Feliks Brix (Almaniya)
Ən yaxşı gənc futbolçu – Pedri (İspaniya)