10.12.2021 16:22
457
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIII turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. “Keşlə”nin hücumçusu Anatole Abanq “Səbail”lə görüşdə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb. “Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Zirə” 800 manat cərimələnib. İkinci sarı vərəqə ilə meydandan qovulan “Qəbələ”nin oyunçusu Omar Hani isə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Eyni zamanda “Qəbələ” 200 manat cərimə edilib.