çərşənbə axşamı, 26 noyabr 2024

ŞAHMAT

"Dəmir Maqnus" Nepomniyaççini vaxtından əvvəl məğlub edərək dünya titulunu qorudu

11.12.2021 11:15 Oxundu 460

Rusiyalı qrossmeyster Yan Nepomniyaççi görüşün sonuna 3 tur qalmış qələbə qazanmaq üçün nəzəri şanslarını itirərək dünya şahmat tacı uğrunda görüşdə hazırkı dünya çempionu norveçli Maqnus Karlsenə müqavimət göstərə bilməyib. 
"CEMPİON.AZ"
 "FİDE"nin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 11-ci turunda "dəmir" ləqəbli Karlsen qara fiqurlarla rusiyalı rəqibinə qalib gələrək titulunu vaxtından əvvəl qoruyub. Görüş Dubayda baş tutub. Nepomniyaççi oyunun ilk vaxtlarında gözəl oyun müyaiş etdirsə də, anidən gediş dəyişib.
Belə ki, şahmatçılar ilk 5 oyunu heç-heçə ilə başa vurublar. 6-cıda Karlsen və Nepomniyaççi əsl çempionluq döyüşü göstərib. Mütəxəssislər tərəfindən bu gediş həlledici adlandırılıb.
Sonrakı beş oyunda Karlsen üç qələbə qazanıb. Bu məğlubiyyətlər rusiyalı qrossmeysteri dərindən sarsıdıq və 9-cu oyunda çox kobud səhv edərək yenidən məğlub olub. Bundan sonra Karlsen rəqibinə qarşı təəccübünü gizlədə bilməyib. Bunu şahmatçı özü jurnalistlərə də etiraf edib. Dünya çempionu növbəti oyunlarda titulunu qorumaq üçün 1,5 xal toplamalı olub və o, bu tapşırığın öhdəsindən tez gəlib. 11 oyunun nəticəsinə görə, Karlsen 7,5: 3,5 hesabı ilə erkən qalib gəlib.
Qeyd edək ki, norveçli 2013-cü və 2014-cü illərdə Hindistan təmsilçisi Vişvanatan Anandı, 2016-cı ildə rusiyalı Sergey Karyakini, 2018-ci ildə isə amerikalı Fabiano Karuananı məğlub edərək dünya çempionu olub.
31 yaşlı Nepomnyaççinin isə FİDE reytinqində beşinci sıradadır. Rusiyalı 2010-cu ildə Avropa çempionu olub. Rusiya millisinin tərkibində iki dəfə (2013, 2019) komandalar arasında dünya çempionu olub.