11.12.2021 12:07
446
Kolumbiya çempionatında “Amerika Kali” və “Petrolera Alyans” komandaları arasında keçirilən matçda unikal hadisə baş verib.
"CEMPİON.AZ" xəbər verir ki, sözügedən görüntülər "B/R Football" tviter səhifəsində yayımlanıb. Oyununun baş hakimi ikinci komandanın oyunçusuna sarı vərəqə göstərmək istəsə də, bunu bacarmayıb və kart əlindən uçub. Bu vəziyyətdən dərhal “Amerika Kali”nin müdafiəçisi Marlon Torres yararlanıb. Onu götürərək hakimə təqdim edərək oranı tərk edib. Hakim belə bir hərəkətə heç bir reaksiya verməyib və oyun davam etdrilib. Görüş “Amerika Kali”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Torresin bu hərəkəti rəqib futbolçuya qarşı sarı kart göstərməsi kimi qiymətləndirilib.
Həmin videonu sizə təqdim edirik: