UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turundan təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşması keçirilməyəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında məlumat verilib. London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün matçın 31 dekabradək oynanılması mümkün olmayacaq. Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək. "Tottenhem" öhdəliyi yerinə yetirmədiyi üçün komandaya texniki məğlubiyyətin veriləcəyi gözlənilir. Beləliklə, İngiltərə təmsilçisi G qrupunu 7 xalla üçüncü pillədə başa vuracaq və avrokuboklarla vidalaşacaq. Niderlandın "Vitess" klubu isə pley-offa yüksələcək.
DÜNYA FUTBOLU
UEFA Konfrans Liqasında "Tottenhem"in təxirə salınmış oyunu keçirilməyəcək
11.12.2021 14:37
462