çərşənbə axşamı, 26 noyabr 2024

BİZİM FUTBOL

“Qarabağ”ın məğlubiyyətsizlik seriyası qırılıb

11.12.2021 14:43 Oxundu 508


“Qarabağ”ın məğlubiyyətsizlik seriyası qırılıb.
"CEMPİON.AZ"
xəbər verir ki, Azərbaycan vitse-çempionu avrokuboklar mövsümündə ilk dəfə uduzub. Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının qrup mərhələsinin VI turunda “Bazel”dən üç cavabsız qol buraxıb. Bunadək mövsümün 6 təsnifat və 5 qrup görüşündə “Qarabağ”a qalib gələn olmamışdı. Əvvəlki 11 qarşılaşmada təmsilçimiz 7 qələbə və 4 heç-heçəyə imza atıb. Komandanın son yenilgisi 364 gün əvvəl Avropa Liqasının qrupunun VI turunda olub. Həmin vaxt koronavirus üzündən İspaniyaya yollanmayan ağdamlılar “Vilyarreal”a texniki nəticə ilə uduzub. Texniki məğlubiyyət nəzərə alınmasa, “Qarabağ” 378 gündən sonra yenilib. Son məğlubiyyət ötən mövsüm Avropa Liqasının IV turunun noyabrın 26-dakı “Sivasspor”la matçında yaşanıb. Komandamız İstanbulda keçirdiyi ev görüşündə 2:3 hesabına üzülüb.