Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli çempionatda “Visla”ya uduzduqdan sonra açıqlama verib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə danışıb
“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram. Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir. Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək bir məna kəsb eləmir. İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.
Qeyd edək ki, "Legiya"nın "Visla" ilə qarşılaşması ikincilərin 0:1 hesablı qalibiyyəti ilə tamamlanıb. Hazırda Emrelinin komandası Polşa Ekstraklasasında sonuncu sıradadır.
DÜNYA FUTBOLU
Mahir azarkeşlərdən üzr istədi
13.12.2021 10:30
464