çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Legiya" ya hücum edildi - Emreli xəsarət aldı

13.12.2021 09:00 Oxundu 461


Polşanın “Legiya” klubunun azarkeşləri “Visla”ya 0:1 hesabı ilə uduzan legiyalılara hücum edib.
"CEMPİON.AZ" 
xəbər verir ki, onlar oyunçulara xəsarət yetiriblər. Bildirilir ki, həmin futbolçulardan ikisi ciddi xəsarət alıb. Onlardan biri Azərbaycan millisinin üzvü Mahir Emreli, digəri isə Lukinyas olub. “İnteria” nəşrinin yazdığına görə, polis hadisəyə müdaxilə edib. Futbolçuların xəsarət alması ilə bağlı isə heç bir açıqlama verilməyib.
Qeyd edək ki, qarşılaşmadan sonra “Legiya”nın baş məşqçisi Marek Qolebiyevski istefa verib.