Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Bakıya səfər edəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Vüqar Həşimov Memorialının mətbuat xidmətindən məlumat verilib. Avropa şahmatının rəhbəri dekabrın 17-də Azərbaycan paytaxtında olacaq. Səfərdə əsas məqsəd ölkənin görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan Memorialda fəxri qonaq qismində ştirak etməkdir.
Qeyd edək ki, super turnirdə Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. Onlarla yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Riçard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
ŞAHMAT
Avropa Şahmat İttifaqının prezidenti Bakıya gəlir
13.12.2021 12:33
447