çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Avro Liqada püşkatma - Cütlüklər müəyyənləşdi

14.12.2021 10:00 Oxundu 487


Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"CEMPİON.AZ"
xəbər verir ki, qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Avropanın ikinci dərəcəli klub turnirində pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələdə 16 komanda çıxış edəcək. Qrupunda ikinci yeri tutanlar Çempionlar Liqasının üçüncüləri ilə üz-üzə gələcək. İlk matçlar digər turnirdən yuvarlananların meydanında baş tutacaq.

Avropa Liqası
Pley-off

“Sevilya” (İspaniya) - “Dinamo” (Xorvatiya)
“Atalanta” (İtaliya) - “Olimpiakos” (Yunanıstan)
“Leypsiq” (Almaniya) - “Real-Sosyedad” (İspaniya)
“Barselona” (İspaniya) - “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) - “Betis” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) - “Reyncers” (Şotlandiya)
“Şerif” (Moldova) - “Braqa” (Portuqaliya)
“Porto” (Portuqaliya) - “Latsio” (İtaliya)

Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. Ayın 25-də isə 1/8 finalın püşkü atılacaq.