14.12.2021 10:49
671
Futbol üzrə İtaliya çempionatının 17-ci turunun "Roma" - "La Spezia" matçında azarkeşlərdən biri tribunada ürək çatışmazlığı səbəbindən xəstəxanaya çatdırılıb.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat verib. Hadisə oyununun ilk hissəsinin 30-cu dəqiqəsində baş verib. Ürəyi dayanan şəxsin 23 yaşlı gənc olduğu bildirilib. Ona tribunada ilkin tibbi yardım göstərilib. Gəncə defibrillyatorla reanimasiya edilərək xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, onun yolda ikinci dəfə də ürək tutması yaşadığı bildirilib.