Ötən gün Konfrans Liqasında pley-offun püşkləri atılıb.
"CEMPİON.AZ" xəbər verir ki, tədbirdə qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən klublar 8 cüt təşkil edib. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq. Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşməyib. Pley-offda qrup ikinciləri Avropa Liqasının üçüncü yer sahibləri ilə görüşəcək. İlk matç sonuncuların meydanında baş tutacaq.
Konfrans Liqası
Pley-off
“Marsel” (Fransa) - “Qarabağ” (Azərbaycan)
PSV (Niderland) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Fənərbaxça” (Türkiyə) - “Slaviya” (Çexiya)
“Midtülland” (Danimarka) - PAOK (Yunanıstan)
“Lester” (İngiltərə) - “Randers” (Danimarka)
“Seltik” (Şotlandiya) - “Bodo Qlimt” (Norveç)
“Sparta” (Çexiya) - “Partizan” (Serbiya)
“Rapid” (Avstriya) - “Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)
Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.