çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasının püşkü yenidən atıldı - UEFA xətaya yol verib

13.12.2021 20:00 Oxundu 414


Ötən gün bir neçə saat arayla Çempionlar Liqasının 1/8 final mərhələsi üçün yenidən püşk yenidən atılıb.
"CEMPİON.AZ"
xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib. Qrup qalibi olan komandalar ikinci yerin sahibləri ilə qarşılaşacaq. İlk oyunlar səpələnməmişlər səbətində yer alan ikincilərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar üz-üzə gələ bilməz. Tədbir gün ərzində ikinci dəfə baş tutub. Buna püşk zamanı buraxılan kobud səhv səbəb olub. “Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalara yol verib. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb.

Çempionlar Liqası
1/8 final

“Zalsburq” (Avstriya) - “Bavariya” (Almaniya)
“Sportinq” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Ayaks” (Niderland)
“Çelsi” (İngiltərə) - “Lill” (Fransa)
“Atletiko” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Vilyarreal” (İspaniya) - “Yuventus” (İtaliya)
“İnter” (İtaliya) - “Liverpul” (İngiltərə)
PSJ (Fransa) - “Real” (İspaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.