14.12.2021 11:21
470
“Mançester Yunayted” öz heyətinə gənc yarımmüdafiəçini gətirməyə niyyətlidir.
"CEMPİON.AZ" xəbər verir ki, İngiltərə klubunun siyahısında iki futbolçunun adı var. Böyük britaniyalılar “Barselona”nın 17 yaşlı futbolçusu Qavinin transferində maraqlıdır. Onun 2023-cü ilin yayına qədər olan müqaviləsindəki satış qiyməti 50 milyon avrodur. Mançesterlilər onu müqaviləsini yeniləməmiş ələ keçirmək istəyirlər. İngiltərə klubunun digər planı Varren Bondo ilə bağlıdır. “Nansi”nin 18 yaşlı futbolçusunun müqaviləsi yayda başa çatacaq. Premyer Liqa klubu istedadı azad agent kimi sıralarına qatmaq niyyətindədir.