çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Legianın oyunçuları müqaviləni pozmaq istəyir - Aralarında Emreli də var

14.12.2021 11:29 Oxundu 768

 
Xəbər verdiyimiz kimi "Visla Płok"la oyundan qayıdarkən aralarında həmyerlimiz Mahir Emrelinin də olduğu "Legiya" futbolçularına qarşı hücum təşkil edilmişdi.
"CEMPİON.AZ"
" WP SportoweFakty" agentliyinə istinadən xəbər verir ki, bu hücumdan sonra bir neçə futbolçu klubu günahlandıraraq aralarında bağlanmış müqaviləyə xitam verməyə niyyətlənib. O futbolçulardan da biri Emrelidir. Yaşanan hadisəni  xuliqanlıq kimi qiymətləndirən hücumçu artıq müqaviləyə xitam veriliib-verilməməsi ilə bağlı vəkilə müraciət etdiyi bildirilib.
Məlumata görə, Emreli hadisədən sonra məhkəmə-tibbi ekspertiza üçün xəstəxanaya gedib. Polşa mətbuatı Azərbaycan mətbuatının məlumatını paylaşaraq bildirib ki, həkim hücumçuya zədələrə görə iki günlük istirahət tövsiyə edib.
Xəbərdə Emrelinin elan etdiyi bu istirahət günləri onun çərşənbə günü "Zaqlebi Lubin"lə oyunda meydana çıxmayacağı kimi qiymətləndirilib.
İndi legiyalıları bir sual maraqlandırır. Müqaviləsinə xitam vermək istəyən futbolçular və Emreli klubdan gedəcəkmi?