14.12.2021 12:14
465
Türkiyə Super Liqasının XVI turunda "Sivasspor"la matçda zədələnən "Qalatasaray"ın uruqvaylı qapıçısı Fernando Musleranın vəziyyəti ilə bağlı məlumat yayılıb.
"CEMPİON.AZ" "NTV Spor"a istinadən xəbər verir ki, komanda yoldaşı Kristian Luyindama ilə toqquşan 35 yaşlı qolkiper ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. Uruqvaylı oyunçu ayağının yan bağlarından xəsarət alıb.
Qeyd edək ki, Fernando Muslera 84-cü dəqiqədə İsmail Çipe ilə əvəzlənib. Qarşılaşma "Qalatasaray"ın minimal hesablı məğlubiyyəti ilə bitib - 0:1.