çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Azərbaycan millisinin üzvü karyerasını bitirib

14.12.2021 12:30 Oxundu 472


Azərbaycan millisinin triatlonçusu Kseniya Levkovska karyerasını başa vurub.
"CEMPİON.AZ" 
xəbər verir ki, 32 yaşlı idmançı bu barədə federasiyaya açıqlamasında bildirib. Levkovska idman karyerasının böyük mərhələsinin baş çatdığını söyləyib: "8 il Azərbaycanı dünya arenasında təmsil etdim və 100-dən çox yarışa qatıldım. Çox gözəl vaxt idi. Bu ölkəyə, insanlara göstərdikləri etimad və dəstəyə görə sonsuz minnətdaram. Azərbaycan Triatlon Federasiyasına təşəkkür edirəm. Bu, əvəzolunmaq təcrübə idi".