14.12.2021 15:16
430
Azarkeşlər "Legiya"nın prezidenti Dariuş Mioduskini təhqir edib.
"CEMPİON.AZ" "sportowefakty.wp.pl"yə istinadən xəbər verir ki, azarkeşlər komandanın oyunçularına hücum etməkdən savayı stadionda asılmış pankartla Polşanın "Legiya" klubunun prezidenti Dariuş Mioduskini istefaya səsləyib. Fanatlar gecə saatlarında Varşava təmsilçisinin stadionunun qarşısına toplaşıblar. Tərəfdarlar Mioduski ilə bağlı nalayiq pankartlar açıblar.
Qeyd edək ki, azarkeşlər Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın XVIII tur oyunundan sonra futbolçulara hücum ediblər. Nəticədə Mahir Emreli komanda yoldaşı Lukinyasla birlikdə xəsarət almışdılar.