çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Sabiq futbolçu ögey qardaşından danışdı: "Mənim belə bir qardaşım yoxdur"

14.12.2021 16:06 Oxundu 491

Millimizin sabiq futbolçusu Mahir Şükürov ögey qardaşı Ümid Şükürovun dələduzluq etməsinə münasibət bildirib.
"CEMPİON.AZ" 
xəbər verir ki, bu barədə veteran futbolçu oxu.az-a açıqlama verib:
“Mənim belə bir qardaşım yoxdur. Onunla sonuncu dəfə əlaqəm çoxdan olub. Mənim adımdan istifadə edir. Ümumiyyətlə, Ümid 10 aydır ki, həbs olunub. Dələduzluğu varsa, polisə şikayət olunsun. Bunun üçün “Facebook”da paylaşım etməzlər. Kiməsə pul verəndə də araşdırıb vermək lazımdır”.  
Qeyd edək ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb. Zərərçəkmiş həmçinin Ü.Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib. Məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub. Onun hazırda həbsdə olduğu bildirilir.