“Bavariya” futbol klubu Almaniya çempionatının 16-cı turu çərçivəsində səfərdə “Ştutqart”ı 5:0 hesabı ilə məğlub edib.
"CEMPİON.AZ" TASS-a istinadən xəbər verir ki, görüş Ştutqartdakı Mercedes Benz Arenada baş tutub. Qolları Serj Qnabri (40, 53, 74-cü dəqiqə) və Robert Levandovski (69, 72) vurub. Polşalı hücumçu Gerd Müllerin milli çempionatda bir təqvim ilində vurduğu qol rekordunu (42 qol) təkrarlayıb.
“Bavariya” ölkə çempionatının cari mövsümündə ardıcıl olaraq dördüncü qələbəsini qazanıb və xalını 40-a çatdıraraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Ştutqart” 17 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Növbəti oyunda “Bavariya” dekabrın 17-də “Volfsburq”u qəbul edəcək. “Ştutqart” dekabrın 19-da səfərdə “Köln”lə qarşılaşacaq.
DÜNYA FUTBOLU
Levandovski Müllerin qol rekordunu yeniləyib
15.12.2021 11:41
441