15.12.2021 13:41
459
2021-ci ilin ən uzunmüddətli qol seriyaları müəyyənləşib.
"CEMPİON.AZ" xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində ardıcıl ən çox oyunda fərqlənən futbolçuların adlarını açıqlayıb. Siyahıya “Bavariya”nın hücumçusu Robert Levandovski başçılıq edir. İlin ən yaxşı hücumçusu seçilən polşalı 15 fevral - 22 may tarixləri aralığında ardıcıl 14 matçda ümumilikdə 22 dəfə fərqlənib. Bunun 12-si “Bavariya”nın, 2-si isə Polşa yığmasının oyununa təsadüf edib. Uğurlu seriya iyunun 1-də Polşa millisinin Rusiya (1:1) ilə yoldaşlıq görüşündə pozulub.