çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Omikron" Afrika Millətlər Kubokunun keçirilməsinə mane oldu

15.12.2021 14:05 Oxundu 501


Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku ləğv oluna bilər.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə RMC-də məlumat verilib. Afrika Futbol Konfederasiyası (CAF) yarışın ləğvini nəzərdən keçirir. CAF artıq bununla bağlı təcili iclas da çağırıb. Təşkilatçılar koronavirusla bağlı vəziyyətdən və "Omikron" ştamının yaranmasından narahatdırlar. Qurumun fikrincə, Avropadan oyunçuların və azarkeşlərin gəlişi epidemioloji vəziyyəti daha da pisləşdirəcək. Fransa və İngiltərə klubları karantin dövründə futbolçularını riskə atıb onları itirmək istəmədikləri üçün turnirin ləğvi təşəbbüsünü dəstəkləyiblər.
Yarış ləğv olunsa, 2022-ci il dünya çempionatı ilə üst-üstə düşməməsi üçün 2023-cü ildə gerçəkləşəcək. 
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2022-ci il 9 yanvar - 6 fevralda keçirilməlidir.