İspaniyanın "Barselona" futbol klubu Dieqo Maradonanın şərəfinə yoldaşlıq görüşündə Argentinanın "Boka Xuniors" klubuna penaltilər seriyasında uduzub.
"CEMPİON.AZ" xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, "Mrsool Park" stadionunda baş tutub. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. "Barselona"nın heyətində Ferran Jutqla (50-ci dəqiqə), "Boka Xuniors"ın heyətində Esekyel Sebalos (77) fərqlənib. Matçın taleyi penaltilər seriyası ilə həll olunub və "Boka Xuniors" 4:2 hesabı ilə qalib gəlib.
İspaniya komandasının start heyətində noyabrın 12-də Barselonaya qayıdan 38 yaşlı braziliyalı müdafiəçi Dani Alves meydana daxil olub.
Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. O, 1986-cı ilin Dünya Çempionudur və 20-ci əsrin ən yaxşı futbolçularından biri hesab olunur. Maradona Argentinanın “Argentinos Juniors”, “Boca Juniors” və “Nyuells Old Boys”, İspaniyanın “Barselona” və “Sevilya”, İtaliyanın “Napoli” klublarında çıxış edib. Argentinalı hücumçu liqa və İtaliya kubokunu, İspaniya kubokunu və UEFA kubokunu qazanıb, ümumilikdə 687 oyun keçirib və 363 qol vurub, o cümlədən Argentina millisi üçün 113 oyunda 50 qola imza atıb.
DÜNYA FUTBOLU
Xavinin futbolçuları Maradonanın şərəfinə keçirilən görüşdə "Boka Xuniors"a uduzub
15.12.2021 14:29
498