Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə MOK-un mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, öncə qurumun İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.
DİGƏR NÖVLƏR
Azərbaycan Prezidenti yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi
16.12.2021 16:10
1082