16.12.2021 16:24
472
Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Belə ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.
Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib.
Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.