çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Təşkilat rəhbəri üzr istəyib

17.12.2021 11:37 Oxundu 444


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 1/8 final mərhələsinin yenidən püşkatmasında günahkar olduğunu etiraf edib. 
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə jurnalistlərə UEFA prezidenti Aleksandr Çeferin məlumat verib:
"Proqram təminatında səhvə yol verilidi. Bu, UEFA-nın günahıdır. Başa düşürük ki, bu, bizim günahımızdır, kompüter texnologiyasına o qədər də güvənməməliyik. Üzr istəyirik, amma səhvlər olur". 
Qeyd edək ki, püşkatma mərasimi bazar ertəsi baş tutub. 
“Mançester Yunayted” və “Liverpul”un şarlarını səhv salan UEFA “Vilyarreal”la “Atletiko”nun mümkün rəqiblərinin siyahılarında xətalara yol verib. Bu üzdən püşkatma 3 saatdan sonra yenidən təkrarlanıb. 
1/8 final mərhələsinin ilk oyunları fevralın 15, 16, 22 və 23-də baş tutacaq. Cavab - 8, 9, 15 və 16 mart. Çempionlar Liqasının finalı mayın 28-də Sankt-Peterburqda keçiriləcək.