UEFA 2028 və 2032-ci il Avropa çempionatlarına təşkilatçılıq etmək istəyən ölkələr üçün ərizə qəbulunu paralel aparacaq.
"CEMPİON.AZ" xəbər verir ki, müvafiq qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin video-konfrans formatında keçirilmiş iclasında qəbul olunub. Bununla əlaqədar tezliklə bütün 55 üzv ölkəyə, o cümlədən, AFFA-ya müraciət ünvanlanacaq.
Belə bir addım milli assosiasiyalar üçün uzunmüddətli futbol və maliyyə planlaşdırılmasının qüvvətləndirilməsinə yönəlib və tərəfdaşlarla təşkilatçılıq hüququ sahiblərinə daha dəqiq perspektivlər təklif edir.
Daha ətraflı informasiya yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, AVRO-2020 koronavirus pandemiyası ilə əlaqədar bu il ilk dəfə qitənin 11 şəhərində keçirilib. AVRO-2024 isə Almaniyada olacaq. Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsi də 2028-ci il Yay Olimpiya Oyunlarının Fransanın paytaxtı Parisdə və 2032-ci il olimpiadasının ABŞ-ın Los-Anceles şəhərində keçirilməsinə eyni vaxtda qərar verib.
DÜNYA FUTBOLU
UEFA Avropa çempionatlarına təşkilatçı seçimini eyni vaxtda aparacaq
17.12.2021 13:11
448