çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Referi futbolçunu meydandan qovdu - Penaltini düzgün vurmadığı üçün

17.12.2021 14:29 Oxundu 475


Futbol üzrə Xorvatiya I Liqasının (əsas liqa) "İstra" - "Dinamo" (Zaqreb) oyununda maraqlı hadisə baş verib.
"CEMPİON.AZ"
xəbər verir ki, qonaq komandanın hücumçusu Bruno Petkoviç penaltini düzgün yerinə yetirmədiyi üçün meydandan qovulub. 27 yaşlı forvard 11 metrlik nöqtəyə yaxınlaşarkən qısa pauza verib və rəqib qolkiper yerə yıxıldıqdan sonra topu qapıdan keçirib. Petkoviçin penaltini qaydalar çərçivəsində vurmadığını düşünən referi qolu qeydə almayıb və oyunçuya ikinci sarı vərəqəni göstərib. Futbolçu meydanı istehzalı gülüşlə tərk edib. 
Qeyd edək ki, qarşılaşma Zaqreb "Dinamo"sunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.