18.12.2021 10:27
451
Fransa kubokunun 1/32 final matçında "Paris" və "Lion" futbol klubları arasında keçirilən oyun yarımçıq dayandırılıb.
"CEMPİON.AZ" TASS-a istinadən xəbər verir ki, bu barədə "Paris"in mətbuat xidməti məlumat yayıb. Parisin “Şarleti” stadionunda baş tutan oyun tribunalardakı iğtişaşlar səbəbindən dayandırılıb. Birinci hissədən sonra klubların azarkeşləri arasında toqquşma baş verib, bəzi azarkeşlər məşəl ataraq meydançaya qaçıblar.
Qeyd edək ki, komandalar fasiləyə 1:1 hesabı ilə yollanıb.Təşkilatçılar görüşün stadionda davam etməyəcəyini bildirib.