çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Mahir Vətəndə

20.12.2021 10:14 Oxundu 473


Azərbaycan millisinin və Polşa "Legiya"sının hücumçusu Mahir Emreli Vətənə qayıdıb.
"CEMPİON.AZ"
xəbər verir ki, bunu “Legiya”nın forvardı özü instaqram səhifəsindəki paylaşımı ilə bildirib. Belə ki, o paylaşımında bacısı ilə birlikdə Bakıya döndüyünü hava limanındakı şəklini paylaşaraq bəyan edib. 
"Visla" ilə oyundan sonra azarkeşlərin hücumuna məruz qalan həmyerlimiz başından xəsarət almışdı. Bu səbəbdən də o, son iki matçı buraxmaq məcburiyyətində qalmışdı. Hücumçumuz ona qarşı olan bu hörmətsizlikdən sonra klubla yollarını ayırmaq qərarına gələrək vəkillə görüşmüşdü.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Hazırda isə onun  Bakıda olması Polşada qış fasiləsi yaranması ilə əlaqədardır.