çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Fransada 50-dən çox əlcəzairli azarkeş saxlanılıb

20.12.2021 11:18 Oxundu 498

Fransa polisi bazar günü gecə Əlcəzair milli futbol komandasının Qətərdə keçirilən Ərəb Millətləri Kubokunda qələbəsini qeyd edəndən sonra 55 nəfəri saxlayıb.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. 
Şənbə günü axşam turnirin finalında Əlcəzair millisi əlavə vaxtda Tunis komandasını 2:0 hesabı ilə məğlub etdi. Qolları Əmir Sayud (99-cu dəqiqə) və Yasin Braimi (120+5) vurub.
Qeyd edək ki, Əlcəzair millisinin azarkeşləri Qətərdə keçirilən Ərəb Millətləri Kubokunda futbol komandasının qələbəsini qeyd etmək üçün Yelizey meydanına üz tutublar. Burada kütləvi aksiyaların keçirilməsinə qadağa qoyulması ilə əlaqədar polis azarkeşləri prospektdən uzaqlaşdırmağa başlayıb. Azarkeşlərin müqaviməti ilə üzləşən hüquq-mühafizə orqanları bibər qazından istifadə edib.