çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Barselona üzvləri stadionun təmiri layihəsinə səs verib

20.12.2021 12:35 Oxundu 448

“Barselona”nın qeydiyyatdan keçmiş üzvlərinin əksəriyyəti stadionun və infrastrukturun təmiri üçün 1,5 milyard avro dəyərində layihəyə səs verib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə İspaniya futbol klubunun saytında məlumat yer alıb. Klubun qeydiyyatdan keçmiş 45693 üzvü stadionun təmirinin lehinə səs verib ki, bu da ümumi səslərin 87,8%-ni təşkil edib. 5055 (10,4%) əleyhinə səs verib.
Layihə klubun assambleyasında bəyənilib. Sözügedən layihə Barselonanın infrastrukturunun yenidən qurulmasına, o cümlədən "Camp Nou" ev stadionunun geniş miqyaslı təşkilinə aiddir.
İnvestisiya 5 illik güzəşt müddəti ilə 25 il ərzində geri qaytarılacaq. Stadionda işlər yekunlaşana və arena gəlir gətirməyə başlayana qədər ödəniş edilməyəcək.