Varşava "Legiya"sı artıq bu mövsümdə 13-cü oyununda məğlub olub.
"CEMPİON.AZ" "sportowefakty.wp.pl" istinadən xəbər verir ki, paytaxt təmsilçiləri "PKO Ekstraklasa"nın ən güclü komandalarından olan "Radomyak Radom"a 0:3 hesabı ilə uduzaraq, mövsümü liqa cədvəlinin 17-ci pilləsində başa vurub. Varşava futbolçuları rəqibi doğma arenasında qarşılayıb. “Radomyak” matçın ilk dəqiqələrindən meydanda təşəbbüsü ələ alıb.
Oyun ərzində "Radomyak"ın üç oyunçusu (Kaput, Maçado, Abramoviç) sarı kartla cəzalandırılıb. Qolları "Radomyak"ın bu oyunçuları vurub:
Mateuş Vieteska (45 + 1),
Maurides (64`)
Karol Anqielski (87`)
Hazırda Polşa liqasında 18 komanda mübarizə aparır. "Legiya" onlar arasıda 17-ci yerdədir.
Qeyd edək ki, klubun azərbaycanlı təmsilçisi Mahir Emreli zədə səbəbindən son oyunları buraxıb.
DÜNYA FUTBOLU
Mahirin komandasına ağır məğlubiyyət
20.12.2021 12:48
434