çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Legiya"nın baş məşqçisi Emrelidən danışıb

20.12.2021 13:30 Oxundu 471


"Mahir Emreli ilə görüşdüm, durumu yaxşıdır. Ümid edirəm ki, qış təlim-məşq toplanışının ilk günlərində bizimlə olacaq".
"CEMPİON.AZ"
xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Radomyak"a 0:3 hesabı ilə uduzduqları Ekstraklasanın XIX tur oyunundan sonra mətbuat konfransında deyib. 42 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun yüksək keyfiyyətə malik olduğunu bildirib: "Emreli kimi oyunçuya çox ehtiyacımız var. Mənə müqaviləni ləğv etmək istədiyini söyləyib? Xeyr, o, belə şey deməyib".
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.