Bu gün FIFA 211 milli federasiyaların nümayəndələri ilə onlayn sammit keçirəcək.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Sky Sports"da məlumat yayılıb. Qurumun prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı federasiyalardan dəstək almaq istəyir. Toplantı iki gün davam edəcək. İnfantino ali futbol qurumu üçün əlavə gəlir mənbələri tapmaşa çalışır. Mundialların keçirildiyi illərdə FIFA-nın gəlirləri xeyli artır. Məsələn, DÇ-2018-ə görə həmin il 4,6 milyard ABŞ dolları qazanan təşkilat 2019-cu ildə 766 milyon dollar əldə edib. Hazırda futbolçular ilin təxminən 50 gününü milli komandalarda keçirirlər. Bu isə o deməkdir ki, onlar vaxtlarının 80 faizində klubların düşərgəsində olurlar. FİFA islahatlar olacağı təqdirdə, bu bölgünü saxlamayacağına söz verib.
Qeyd edək k, daha əvvəl UEFA və CONMEBOL FIFA-nın ideyasına qarşı çıxıb.
DÜNYA FUTBOLU
FIFA mundialların iki ildən bir keçirilməsini müzakirə edəcək
20.12.2021 13:34
459