çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

"Arsenal" Premyer Liqada "Lids"i məğlub edib

20.12.2021 13:52 Oxundu 447

 
Futbol üzrə İngiltərə çempionatının 18-ci turunda “Arsenal” səfərdə “Lids”ə 4:1 hesabı ilə qalib gəlib.

"CEMPİON.AZ" qaliblərdən Qabriel Martinelli (16-cı və 28-ci dəqiqə), Bukayo Saka (42) və Emil Smit-Rou (84) vurub. "Lids"də Rafinya 75-ci dəqiqədə penalti zərbəsilə fərqlənib. 18-ci turun daha beş oyunu şənbə günü keçirilməli olduğu halda, klublarda qeydə alınan koronavirus səbəbindən onlar təxirə salınıb. İngiltərə Premyer Liqasının rəhbərliyi cümə axşamı "Mançester Yunayted" - "Brayton", "Vest Hem" - "Norviç", "Sauthempton" - "Brentford", "Uotford" - "Kristal Pelas", "Aston Villa" - "Bernli" matçını isə oyunun başlamasına iki saat qalmış təxirə salıb. 
“Arsenal” 32 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Lids” 16 xalla 16-cı yerdədir. Növbəti mərhələdə “Arsenal” dekabrın 26-da “Norviç”lə, həmin gün “Lids” “Liverpul”la qarşılaşacaq.