çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

DÇ-nın 2 ildən bir keçirilməsi üçün müzakilər davam edir

21.12.2021 10:12 Oxundu 443

Dünya futbolunda yeni gəlir bölgüsü sxemi Avropa və digər assosiasiyalar arasında vəsaitlərin 60-40 faiz nisbətində bölünəcəyini nəzərdə tutulur.
"CEMPİON.AZ"
xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino məlumat verib. O, bu fikri FİFA-nın sammitində irəli sürüb. 
Federasiya dünya çempionatının dörd ildən bir deyil, iki ildən bir keçirilməsini və beynəlxalq oyunların təqviminə yenidən baxılması ideyasını nəzərdən keçirir:
"Sizə təqdim etdiyimiz araşdırmada görəcəksiniz ki, gəlirin 70 faizini Avropa birlikləri, 30 faizini isə dünyanın qalan hissəsi alıb. Biz gəliri 60-40 faiz nisbətində bölməyi təklif edirik ki, bu 60 faiz əvvəlki 70 faizi üstələyir. Təcrübə göstərdi ki, beynəlxalq təqvimi daha çevik etmək olar. Hər iki ildən bir beynəlxalq futbol yarışları keçirmək olar, sonra isə daha çox pul yatırmaq olar”, deyə İnfantino bildirib.
FİFA-nın qlobal inkişaf departamentinin rəhbəri Arsen Venger qeyd edib ki, dünya çempionatının iki ildən bir keçirilməsindən bütün tərəflər faydalanacaq.  O həmçinin bildirib ki, seçmə mərhələlərin hamısında oynamaaq istəməyən komandaların istəkləri də nəzərə alınacaq.