FIFA Dünya Kubokunun iki il fasilələrlə keçirildiyi sistemə keçmək Beynəlxalq Futbol Federasiyasının (FIFA) iqtisadi göstəricilərini yaxşılaşdıracaq"
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalistlərə qurumun prezidenti Canni İnfantino məlumat verib. O qeyd edib ki, bu fikri müstəqil ekspertlərin fikrinə əsaslanaraq deyir:
"FIFA Dünya Kubokuna iki ildən bir keçid assosiasiyamızın 211 üzvünə ayrılan vəsaitlə ilk dörd illik dövrədə 4,4 milyard dollar məcmu əlavə gəlir əldə etməyə kömək edəcək. Bu əlavə gəlirlər, FİFA idarəetmə prinsiplərinə uyğun olaraq faktiki bölüşdürülmə yolu ilə, hər dövr üçün hazırkı 6 milyon dollar səviyyəsindən maliyyələşməni ilk dörd illik dövr ərzində hər FİFA üzvü assosiasiya üçün orta hesabla 25 milyon dollara qədər artıracaq".
FİFA büdcəsi 3,5 milyard dollar olan həmrəylik fondu yaradacaq. Bu fonddan əldə olunan gəlirlər təşkilatın üzvləri arasında bölüşdürüləcək və beləliklə, beynəlxalq təqvimdəki dəyişikliklərlə bağlı hər hansı FİFA üzvünün üzləşdiyi hər hansı maliyyə problemini aradan qaldırmağa kömək edəcək.
DÜNYA FUTBOLU
FİFA daha çox gəlir əldə etmək üçün DÇ-nı iki ildən bir keçirmək niyyətindədir
21.12.2021 10:20
449