çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Beynəlxalq yarışların nəticələrinə görə Azərbaycan 8 pillə irəlilədi

21.12.2021 11:35 Oxundu 437


Ölkələrin qlobal reytinq cədvəli açıqlanıb.
"CEMPİON.AZ"
xəbər verir ki, beynəlxalq yarışların nəticələrini özündə əks etdirən cədvəldə uğur qazanan 133 ölkə yer alıb. Azərbaycan planetin 38-cisidir. Aktivində 470 xal olan ölkəmiz 8 pillə irəliləyib. İdmançılarımız Avropada 23-cü sırada qərarlaşıb. Azərbaycan 7 idman növündə xal toplamağı bacarıb. Karateçilərimiz daha çox – 148 xal yığıblar. Boks və yunan-Roma güləşi ikinci sıraya şərikdir – hərəsi 87 xal. Sərbəst güləş və cüdonun hərəsində 65, bədii gimnastikada 10, tamblinqdə 8 xal əldə olunub. Qeyd edək ki, cədvələ ABŞ başçılıq edir – 7052 xal. Yaponiya (4200) ikinci, Fransa (3824) üçüncüdür.