çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Komandalar Premier Liqanın oyunlarının təxirə salınmasını istəmir

21.12.2021 12:03 Oxundu 470

İngiltərə Premyer Liqasının futbol klubları koronavirusa görə Milad matçlarını təxirə salmaq fikrini özlərinə yaxın buraxmırlar.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Premyer Liqa klublarının nümayəndələri bununla bağlı turnir rəsmiləri ilə görüşərək, koronavirus yeni ştamı omikronun yayılması ilə bağlı gələcək tədbirləri müzakirə ediblər. Bəzi klub nümayəndələri liqanın mövqeyini dəstəklədiklərini bildirsələr də, əksər komandalar bu günə qədər bu ideyadan imtina ediblər. 
Qeyd edək ki, fasilənin qüvvəyə minməsi üçün Premyer Liqanın 20 klubundan 14-ü bu ideyanı dəstəkləməlidir. Keçən həftəsonu İngiltərə çempionatının yüksək divizionunun 18-ci turunun 10 oyunundan 6-sı komandalarda koronavirusun yayılması səbəbindən təxirə salınıb. Ümumilikdə bu mövsüm turnirin 10 oyunu təxirə salınıb.