21.12.2021 12:12
445
Afrika Millətlər Futbol Kubokunun vaxtı qışdan payıza dəyişdirilə bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino məlumat verib:
"İndi Avropa klubları futbolçularını Afrika Millətlər Kubokuna buraxmalı olduqlarını başa düşürlər. İnanırıq ki, bu turnir böyük beynəlxalq pəncərənin bir hissəsi ola bilər və yanvar-fevralda deyil, payızda keçirilə bilər".
Qeyd edək ki, Afrika Millətlər Kuboku Afrikanın ən böyük beynəlxalq milli komanda turniridir və iki ildən bir keçirilir. Keçən il turnir 2022-ci ilin əvvəlinə təxirə salınıb və yanvarın 9-dan fevralın 6-dək Kamerunda keçirilməlidir. Afrika Millətlər Kubokunun hazırkı qalibi Əlcəzair yığmasıdır.