çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

UEFA Türkiyənin iki klubunu cəzalandırdı

21.12.2021 14:26 Oxundu 445

UEFA İntizam Komitəsi Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarını cəzalandırıb.
"CEMPİON.AZ"
xəbər verir ki, səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib. "Qara qartallar" noyabrın 3-də Portuqaliyada "Sportinq"ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib. "Sarı-qırmızılar"a isə noyabrın 25-də evdə Fransa "Marsel"i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.