AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, yığıncaqda Azərbaycan kubokunun 1/8 final mərhələsi və Premyer Liqanın XIV turunda baş verənlərlə bağlı müzakirələr aparılıb.
Komitə üzvləri xoşagəlməz hadisələrlə bağlı müvafiq qərarlar da çıxarıb. MOİK – “Qəbələ” oyununda yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi 400 manat cərimələnib. MOİK nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün daha 800 manat ziyana düşüb. Paytaxt klubu kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılan Elşən Veysov üçün 1600 manat cərimə olunub. Futbolçu 2 matçlıq diskvalifikasiya alıb. 4 oyunçusu sarı vərəqə ilə cəzalanan bakılılar buna görə də 800 manat xərcə düşüb.
“Zaqatala” – “Səbail” 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimələnib.
Premyer Liqanın “Neftçi” ilə oyununda qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Ruan Renato 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Neftçi” 800 manat ziyana düşüb.
“Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat ödəyəcək.
“Zirə” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Qarabağ” 800 manat ziyana düşüb.